Modern.az

Türkiyədə terror: 3 şəhid, 8 yaralı

Türkiyədə terror: 3 şəhid, 8 yaralı

16 Oktyabr 2016, 15:05

Türkiyənin Qaziantep şəhərində antiterror əməliyyatı zamanı terrorçu özünü partladıb.

 

Modern.az-ın "Hürriyet"ə  istinadən xəbər verir ki, polisin keçirdiyi antiterror əməliyyatı zamanı bir terrorçu özünü partladıb. 

Jurnalistlərə açıqlama verən Qaziantep valisi bildirib ki, hadisə zamanı 3 polis şəhid olub. İlkin məlumata görə, 4-ü Suriya vətəndaşı olmaqla 8 nəfər yaralanıb. 

Hadisə yerinə təcili yardım maşını cəlb olunub, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

 

Qafar Ağayev

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı