Turizm adası kimi daha çox yadda qalan Balidə körpü uçub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, körpünün uçması nəticəsində azı 9 nəfər ölüb və 18 nəfər yaralanıb.
Xəsarət alanlara yaxınlıqdakı xəstəxanada yardım edilir.
İlkin ehtimallara görə, körpü həddən artıq yükləndiyi üçün ağırlığa davam gətirə bilməyib.
Modern.az