Gürcüstanda parlament seçkilərinin ikinci turunun keçirilmə vaxtı məlum olub. Modern.az saytı Gürcüstan mediasına istinadən xəbər verir ki, təkrar seçkilər oktyabrın 30-da 50 majoritar dairədə keçiriləcək.
Bəzi seçki məntəqələrində təkrar səsvermə isə oktyabrın 22-də baş tutacaq. Belə ki, Marneulidə №36.22.48 nömrəli seçki məntəqəsində majoritar seçkilər, Zuqdidi isə üç seçki məntəqəsində majoritar və yerli seçkilər keçiriləcək.
Modern.az