Modern.az

Dərbənddə  antiterror əməliyyatı rejimi tətbiq edilib -Yenilənib

Dərbənddə  antiterror əməliyyatı rejimi tətbiq edilib -Yenilənib

Dünya

16 Oktyabr 2016, 22:34

Dərbənddə keçirilən xüsusi əməliyyat zamanı 2 silahlı məhv edilib. Rusiya DİN-dəki mənbənın  məlumatına görə, Dərbənd şəhərində bir qrup silahlı mühasirəyə alınıb. Təslim olmaq çağırışına onlar atəşlə cavab veriblər. Cavab atəşi ilə 2 silahlı məhv edilib.

 

21:52

 

Dağıstanın Dərbənd şəhərində antiterror əməliyyatı rejimi tətbiq edilib.  Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Dağıstan üzrə Əməliyyat Qərargahından bildirilib. 

 

“Əməliyyat Qərargahının rəhbərinin qərarı ilə 20.00-dan (Bakı vaxtı ilə 21.00-da) etibarən  Dağıstanın Dərbənd şəhərində antiterror əməliyyat rejimi tətbiq edilib”, - deyə məlumatda bildirilir.

 

Əməliyyat çərçivəsində silahlılar və onların tərəfdarlarının axtarışı həyata keçirilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı