Maqnitorsk şəhər sakinləri küçələrə səpələnən zərfləri görəndə xeyli təəccübləniblər. Modern.az Rusiya mediasına istinadən bildirir ki, yerli sakinlər hətta zərflərdə təhlükəli ola biləcəyindən də şübhələniblər.
Mətbəədə hazırlanan SSRİ vaxtındakı “Crpint” lotereyasına bənzər zərflər şəhərin müxtəlif yerlərində aşkar olunub. Çaşıb qalmış şəhərlilər əvvəlcə düşünüblər ki, zərflərin içərisindəki pullar saxtadır, ancaq bankomatlar əskinasları qəbul edəndə onları hesablarına köçürüblər.
Qeyri-adi fleşbomun təşəbbüsçüsü Artyom adlı şəhər sakini olub. O, kimliyinin açıqlanmasını istəmir. Artyom etiraf edib ki, öz yaşayışı üçün pulu kifayət qədərdir, zərflərdə yaydığı pulu isə özü üçün xərcləmək istəməyib.
“Sadəcə, inanın ki, mənim müəyyən fəlsəfəm var. Mən əməyimlə qazandığım pulla kifayət qədər xoşbəxt yaşayıram. Bu pullar isə əlimə təsadüfən düşüb, qoy elə tısadüfən də yeni sahiblərinə qismət olsun”, - mesenat addımının səbəbini belə izah edib.
Artyom zərflərə 50-dən 5 min rubla və 1-dən 100 dollara qədər əskinaslar qoyub. Onun şəhərə zərflərlə səpələdiyi pulun ümumi məbləği 50 milyon rubl olub.
Modern.az