Modern.az

Yəmən prezidenti atəşkəsə razılıq verib

Yəmən prezidenti atəşkəsə razılıq verib

17 Oktyabr 2016, 23:42

Yəmən prezidenti Əbd-Rəbbo Mənsur Hadi üsyançı husilərlə 72 saatlıq atəşkəsə razılıq verib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bunu Yəmənin baş naziri Əbdül Məlik əl-Məhləfi bəyan edib.

 

Bununla belə o, atəşkəs rejiminin uzadılmasını da istisna etməyib.

 

Qeyd edək ki, Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə davam edir.

 

Xatırladaq ki, Yəmənin paytaxtı Sana şəhəri üsyançı husilərin nəzarəti altındadır.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı