Modern.az

İsveç Akademiyası Bob Dilanla əlaqə yaratmaq cəhdlərini dayandırıb

İsveç Akademiyası Bob Dilanla əlaqə yaratmaq cəhdlərini dayandırıb

19 Oktyabr 2016, 00:09

İsveç Akademiyası daha əvvəl ədəbiyyat üzrə Nobel mükafatına layiq gördüyü amerikalı şair və musiqiçi Bob Dilanla əlaqə yaratmaq cəhdlərini dayandırıb. Modern.az saytı xəbər verir ki, bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

"Biz indi heç nə etmirik. Mən onun nümayəndəsinə zəng etdim və elektron məktub göndərdim və qarşılığında dostcasına cavab aldım. Hələlik bu qədər kifayətdir", - deyə akademiyanın daimi katibi Sara Danius bildirib.

Hələlik B.Dilanın dekabrın 10-nə təyin edilən mükafatlandırma mərasiminə gəlib-gəlməyəcəyi məlum deyil.

"Gəlmək istəməzsə, gəlməyəcək. Amma istənilən halda onun şərəfinə böyük şənlik təşkil ediləcək" - S.Darius jurnalistlərin diqqətinə çatdırıb.

B.Dilan oktyabrın 13-də Nobel laureatı olduğu bilinəndən bəri məsələyə heç bir reaksiya verməyib.

Xatırladaq ki, o, mahnıların sözlərinə görə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən ilk şəxs olub.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı