Modern.az

Özbəkistanda yaşayış binası uçub: 3 ölü

Özbəkistanda yaşayış binası uçub: 3 ölü

27 Oktyabr 2016, 00:09

Özbəkistanda tikilməkdə olan yaşayış binası uçub. Modern.az saytı Özbəkistan mediasına istinadən xəbər verir ki, hadisə paytaxt Daşkənddə qeydə alınıb. İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 2-si xəsarət alıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili yardım briqadaları cəlb olunub. 

 

İlkin versiyaya əsasən, ev tikinti qaydalarının kobud pozulması səbəbindən uçub. Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı