Modern.az

Donald Tramp Finlandiya gözəlini də çimdikləyibmiş...

Donald Tramp Finlandiya gözəlini də çimdikləyibmiş...

29 Oktyabr 2016, 15:13

Bu, artıq prezidentliyə namizəddən şikayətlənən on ikinci qadındır

 

Finlandiyanın keçmiş gözəllik kraliçası Ninni Laaksonen bəyan edib ki, ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp 2006-cı ildə onu ələ almağa cəhd edib.

Modern.az xarici mediaya istinadən bildirir ki, onun sözlərinə görə, bu, “Devid Lettermanla son şou”nun yazılışdan əvvəl baş verib.

Laaksonen o vaxt Trampı milyarderin sahib olduğu “Kainat gözəli” müsabiqəsinin qalibi kimi müşayiət edib.

“Şoudan əvvəl bizim binanın içərisində fotolarımızı çəkdilər. Tramp mənim sağımda yanımda dayanmışdı, birdən yanımı sıxdı. O, çox bərk-bərk yapışmışdı”, - model söyləyib.

Qadın hesab edir ki, bunu yəqin ki, kimsə görüb. Laaksonenin sözlərinə görə, ona deyiblər ki, o, Trampın arvadının gəncliyinə bənzədiyi üçün xoşuna gəlib.

Beləliklə, Finlandiya gözəli Trampın bu cür əməllərindən şikayətlənən 12-ci qadın olub.

Milyarder özü isə bəyan edib ki, bütün bunlar rəqibi Hillari Klintonun onu seçkiqabağı kampaniyada gözdən salmağa hesablanan təşkil etdiyi kampaniyadır.


Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı