Modern.az

CHP-nin sədr müavinini gülələyən şəxs tutulub - Yenilənib  

CHP-nin sədr müavinini gülələyən şəxs tutulub - Yenilənib   

Dünya

29 Oktyabr 2016, 23:58

Türkiyənin əsas müxalifət partiyalarından biri Cümhuriyyət Xalq Partiyası sədrinin müavini Bülənt Tezcanı atəş açaraq yaralayan şəxs saxlanılıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hücum edən şəxs Kuşadasında saxlanılıb.  Saxlanılan Alparslan Sarqının Türkiyə vətəndaşı olduğu bildirilir. Onun əməlinin motivləri aydınlaşdırılır.

 

Bülənt Tezcan silahlı hücum nəticəsində yaralanıb. İnsident Bülənt Tezcanın Aydın əyalətində restoranda olduğu zaman baş verib. Hücum edən şəxslər atəş açdıqdan sonra şüar səsləndiriblər və hadisə yerindən uzaqlaşıblar.

 

 

22:18

 

Türkiyənin əsas müxalifət partiyalarından biri Cümhuriyyət Xalq Partiyası sədrinin müavini Bülənt Tezcan silahlı hücum nəticəsində yaralanıb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, naməlum şəxsin atəş açması nəticəsində siyasətçi ayağından yaralanıb.

 

İnsident Bülənt Tezcanın Aydın əyalətində restoranda olduğu zaman baş verib. Hücum edən şəxslər atəş açdıqdan sonra şüar səsləndiriblər və hadisə yerindən uzaqlaşıblar.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı