Suriya hərbçiləri Hələb cənub-qərbində radikal qruplaşmaların 500 yaraqlısını məhv edib. Modern.az saytı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Suriyanın “Al-Mayadin” kanalı məlumat yayıb. Hücumlar zamanı minə yaxın terrorçu da yaralanıb. Əsas döyüşlər Əl-Əsəd rayonunda və Əz-Zəhra qəsəbəsində olub.
Ancaq Suriya ordusu məlumatla bağlı açıqlama verməyib.
Modern.az