İsraildə fələstinli sürücü avtomobillə 3 İsrail hərbçisini vurub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə İordan çayının Qərb sahilində, Beyt-Umar yaşayış məntəqəsində qeydə alınıb.
İlkin məlumata görə, sürücü hərbçiləri qəsdən vurub. Hərbçilər isə cavab atəşi ilə fələstinli sürücünü öldürüblər. Onun şəxsiyyəti barədə məlumat verilmir. Yaralı hərbçilər xəstəxanaya göndərilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir.
Modern.az