Venesuelanın şimalında neft emalı zavodunda yanğın baş verib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, insident Puerto-La-Krus şəhərində yerləşən müəssisədə qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb olunub.
Zərərçəkənlər barədə məlumat yoxdur. Yanğının səbəbləri müəyyənləşdirilir.
Modern.az