Modern.az

Gürcüstan parlamenti noyabrın 19-da toplanacaq

Gürcüstan parlamenti noyabrın 19-da toplanacaq

31 Oktyabr 2016, 21:29

Gürcüstan Konstitusiyasına əsasən, tərkibi yenidən formalaşan parlamentin ilk iclası seçkilərdən 20 gün sonra olmalıdır. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu o deməkdir ki, yeni seçilən deputatlar noyabrın 19-da yığışacaqlar.

İlk iclasın vaxtını Gürcüstan prezidenti təyin etməlidir. Bu görüşdə parlament öz səlahiyyətini təsdiqləyir. Bu prosedurdan sonra əvvəlki çağırışda seçilən deputatların səlahiyyətinə son verilir.

İlk iclası yeni tərkibdəki parlamentin ən qocaman deputatı aparacaq. Bu zaman ali qanunverici orqanın sədri, vitse-spikerlər, eləcə də komitə rəhbərləri seçilirlər.

Yeni seçilən parlamentin səlahiyyəti tanınandan sonra keçmiş hökumətin səlahiyyəti başa çatmış hesab olunur, baş nazir və nazirlər səlahiyyətlərini icra edirlər, yeni hökumətin formalaşdırılması prosesi başlayır.

Gürcüstan prezidenti 7 gün ərzində ona parlament seçkilərində ən yaxşı nəticə göstərən siyasi təşkilatın təqdim etdiyi şəxsin baş nazir postuna namizədliyini irəli sürməlidir.

Baş nazir postuna namizəd də öz növbəsində bir həftə ərzində nazir vəzifələrinə namizədləri seçib etimad üçün hökumətin tərkibini parlamentə təqdim edir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı