ABŞ prezidentliyinə Demokratlar partiyasından namizəd Hillari Klinton seçicilərin dəstəyinə görə rəqibi Donald Trampı 5 faiz səslə qabaqlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Reuters” agentliyi və “İpsos” şirkəti tərəfindən birgə keçirilmiş növbəti sosioloji sorğuya əsasən, Klinton seçicilərin səsinin 45 , Tramp isə 40 faizini toplayıb.
26-30 oktyabr tarixlərində keçirilən analoji sorğu zamanı namizədlər arasındakı səs fərqi 5 faiz olub.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.
Mirmahmud KAZIMOĞLU