Pakistanın Gadani tərsanəsində gəmi partlayıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, neft tankerində meydana gələn partlayış 14 nəfərin ölümünə səbəb olub.
Partlayışın ardınca yanan gəmidə bir çox insanın köməksiz qaldığı bildirilir. Gadani tərsanəsi dünyada gəmilərin utilizasiyasını həyata keçirən ikinci ən böyük tərsanə sayılır.
Modern.az