Modern.az

İtalyan şahzadəsi Londonda qəzada ölüb

İtalyan şahzadəsi Londonda qəzada ölüb

1 Noyabr 2016, 21:29

Londonda qədim italyan nəslinin nümayəndəsi şahzadə Filippo Korsini yük maşınının vurması nəticəsində ölüb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, yük maşını velosipedlə hərəkətdə olan 21 yaşlı Korsinini vuraraq 30 metr sürüyüb. Korsini aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.  

 

“Evening standard” nəşrinin məlumatına görə, London universitetlərindən birində təhsil alan Filippo Korsini Florensiyanın ən qədim aristokrat nəslinin nümayəndəsidir. Roma Papası XII Klimentin (Lorenso Korsini) onun əcdadı olduğu bildirilir.  

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI