Suriyanın prezidenti Bəşər Əsəd bu postunda 2021-ci ildə müddət başa çatana qədər qalmaq niyyətindədir. Modern.az bildirir ki, o, bunu “New York Times”ə müsahibəsində söyləyib.
Nəşrin məlumatına görə, prezident hökumət qüvvələri müharibdə qalib gələnədək siyasi dəyişikliyin mümkünlüyünü istisna edib.
Suriya liderinin fikrincə, ərəb respublikasında cəmiyyətin quruluş vəziyyəti indi müharibəyə qədərkindən daha yaxşıdır.
Əsəd 2000-ci ildən dövlət başçısı postundadır.
Modern.az