Modern.az

Yunanıstanın hərbi təyyarəsi qəzaya uğrayıb

Yunanıstanın hərbi təyyarəsi qəzaya uğrayıb

Dünya

2 Noyabr 2016, 23:13

Yunanıstanın Krit adasında F-16 tipli hərbi təyyarə qəzaya uğrayıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, eniş zamanı baş verən qəza nəticəsində təyyarənin pilotu yanıq xəsarətləri alıb. O xəstəxanaya çatdırılıb, həyatına təhlükə olmadığı bildirilir.

 

İlkin məlumata görə, qəzaya səbəb yanacaq sızması olub. İnsidentin səbəbləri müəyyənləşdirilir.

 

Qeyd edək ki, Krit adasındakı “Akrotiri” aerodromunda ABŞ-a məxsus hərbi-dəniz bazası yerləşir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil