Modern.az

Göyçə gölündə iki erməni batıb

Göyçə gölündə iki erməni batıb

Dünya

2 Noyabr 2016, 23:27

Göyçə gölündə iki erməni batıb.  Modern.az saytı xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, Horatus kəndinin sakinləri olan gənclərin axtarışı ilə əlaqədar həyata keçirilən tədbirlər hələ ki, bir nəticə verməyib. Kənd sakinlərindən biri Murad Arutyunyan mətbuata bildirib ki, üçüncü gündür itkin həmkəndlilərindən xəbər yoxdur.

 

Məlumata görə, 25 yaşlı Amur Küreqyan və Arevşat Arakelyan balıq tutmaq üçün Göyçə gölünə gediblər və bir daha geri qayıtmayıblar.

 

Qeyd edək ki, ermənilərin “Sevan” adını qoyduğu, 1 243 km2 sahəyə, 26 metr orta dərinliyə malik olan Göyçə gölü hələ sovet dövründən forel balığı ilə məşhur olub.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil