Modern.az

Mosul yaxınlığındakı 6 rayon terrorçulardan azad edilib

Mosul yaxınlığındakı 6 rayon terrorçulardan azad edilib

4 Noyabr 2016, 21:04

İraq ordusu 6 rayonu İŞİD terrorçularından azad edilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, terrorçulardan azad edilən ərazilər Mosulun şərqində yerləşir. Keçirilən hərbi əməliyyat zamanı döyüşçülər xeyli itki verib.

 

İŞİD terrorçuları isə cənuba doğru hərəkət edərək Mosul yaxınlığında kiçik bir şəhəri işğal ediblər.

Qeyd edək ki, Mosul ərəb torpaqlarının qalası və qeyri-rəsmi paytaxtı hesab olunur. İŞİD-in nəzarətində olan bu şəhəri azad etmək üçün İraq ordusu ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın yardımı ilə oktyabrın 17-də hərbi əməliyyatlara başlayıb.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil