Modern.az

Almaniya niyə HDP-ni DƏSTƏKLƏYİR?

Almaniya niyə HDP-ni DƏSTƏKLƏYİR?

Dünya

7 Noyabr 2016, 13:53

 

Türkiyədə bir neçə gün əvvəl Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri  Səlahəddin Dəmirtaş və Figen Yüksekdağ  başda olmaqla bir neçə millət vəkilləri saxlanıldı. Ancaq bəzi Qərb ölkələri Türkiyənin bu addımını etirazla qarşıladı. Qərb nəyə görə HDP-yə dəstək verir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, bu həbslər gözlənilən idi.

 

“Çünki bu millət vəkilləri faktiki olaraq terror təşkilatına dəstək verirdilər. O terrorçu təşkilat ki, orduya, polisə hücumlar edirdi, insanları qətlə yetirirdi. Bütün Qərbin tamamı bu məsələyə görə Türkiyəyə etiraz etmir. ABŞ-dan ciddi etiraz olmayıb. Bu məsələyə etiraz edən bəzi  Avropa Birliyi ölkələridir. Özəllikdə də Almaniyadan etirazlar var. Amma mən hesab etmirəm ki, bu etirazların hansısa təsiri olacaq. Dünən Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında bildirdi ki, bu ölkələrin dediklərini bir qulağımızdan alıb digərindən veririk. Yəni bunun Türkiyə siyasətinə hər hansı bir təsiri olmayacaq”.

 

Ekspertin sözlərinə görə, Almaniya HDP-lilərin həbsindən Türkiyənin Avropa Birliyinə yolunu  daha bərk qapatmaq üçün istifadə etməyə çalışır.

 

“Bu deputatların həbsi əllərində bir bəhanədir. Ancaq bu tənqidlərin Ankaranın siyasətinə təsiri yoxdur. Türkiyə müharibə şəraitindədir. Bir neçə terrorçu təşkilatla mübarizə aparır. İnanmıram ki, Türkiyə geri addım atsın. HDP-li deputatların saxlanılması kürd əhalidə də  etiraz doğurmadı.  Əvvəlki vaxtlar olsa idi etirazlar olacaqdı. Amma indi fikir verin nə küçələrə çıxan var, nə şüarlar deyən var. Kürd əhalisi də PKK-nın siyasi qanadı olan HDP-dən cana yığılıb. Onlar da Türkiyənin ərazi bütövlüyünü dəstəkləyir. PKK ortalığı qarışdırır, partlayışlar edir, millət vəkilləri də buna etiraz etmir. Ona görə, HDP artıq ölkə daxilindəki kürdlərin dəstəyindən də məhrum olub. Deputatların PKK-ya dəstəyi sübut olunarsa, onlar həbs ediləcək. Əgər belə deyilsə azad ediləcəklər”.

 

Qafar AĞAYEV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU