Modern.az

Saakaşvili qubernator postundan istefa verdi

Saakaşvili qubernator postundan istefa verdi

7 Noyabr 2016, 14:43

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili istefa verəcəyini açıqlayıb. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, siyasətçi bu addımını indiki hakimiyyətin korrupsiya ilə mübarizə aparmaq niyyətində olmaması ilə izah edib.

 

"Yaranmış situasiyada istefa vermək və mübarizənin yeni metodu barədə düşünməyə qərar vermişəm".

 

Saakaşvilinin sözlərinə görə, ukraynalı siyasətçilərin öz gəlir bəyannamələrini göstərməkdən imtina etməsi onun üçün sonuncu damla olub. Gürcüstanın keçmiş prezidenti hər ay qubernator kimi 1,5 min dollar maaş aldığını və Societe General bankında 57 min dollar pulunun olduğunu bəyannamədə qeyd etdiyini də bildirib.

 

Mixail Saakaşvili 2015-ci ilin fevralından prezident Pyotr Poroşenkonun sərəncamı ilə Odessa qubernatoru təyin olunmuşdu. 

 

Vüqar İSMAYILOV

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil