Modern.az

Qərb mediası: “İŞİD Avropada yeni hücumlar planlaşdırır”

Qərb mediası: “İŞİD Avropada yeni hücumlar planlaşdırır”

7 Noyabr 2016, 18:33

Mosul şəhəri uğrunda döyüşlərin başlanmasından sonra İŞİD Avropada terror aktı planlaşdırır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ərazilərinin 40%-dən çoxunu itirən terror qruplaşması tərəfdarlarında ruh yüksəkliyi yaratmaq və gücünü nümayiş etdirmək üçün İspaniyada terror aktı həyata keçirmək istəyir.

 

Kəşfiyyat məlumatlarına görə isə bu hücumlar Mərakeş əsilli 20 nəfərlik İŞİD qrupu tərəfindən gerçəkləşdiriləcək.

 

Hücumlar İspaniyanın cənubundakı Sevilya şəhərində stadion yaxud konsert-teatr mərkəzində planlaşdırılır.

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU