Türkiyədə daha bir HDP-li deputat həbs edilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılan HDP-li millət vəkili Nihat Akdoğandır.
Məlumata görə, saxlanıldıqdan sonra Sülh Cəza Hakimliyinə çıxarılan deputatın barəsində “terror təşkilatına üzv olmaq” cinayət faktına görə həbs qərarı verilib.
Modern.az