Pakistanda sərnişin avtobusu qəzaya uğrayıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə Bəlucistan əyalətində qeydə alınıb. Belə ki, sərnişin daşıyan avtobus uçuruma düşüb. Qəza nəticəsində 10 nəfər ölüb, daha 10-u xəsarət alıb. Ölən və yaralananlar arasında qadın və uşaqlar var. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Hazırda qəzanın səbəbləri araşdırılır.
Modern.az