Modern.az

Fransa prezidenti impiçment təhlükəsi ilə üzləşib

Fransa prezidenti impiçment təhlükəsi ilə üzləşib

Dünya

11 Noyabr 2016, 13:07

Fransanın Milli Məclisi Yelisey sarayına və baş nazirə ölkənin prezidenti Fransua Ollandın impiçmenti ilə bağlı qətnamə layihəsi yollayıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, sənədi “Respublikaçılar” partiyası fraksiyasının rəhbəri Kristiana Jakoba və keçmiş baş nazir Fransua Fiyona  da olmaqla 79 deputat imzalayıb.

Partiyada əmindirlər ki, qətnaməyə fraksiyanın digər üzvləri də qoşulacaq.

Bununla belə, Fiyon bəyan edib ki, qətnamənin uğurlu sonunclanacağına şans yoxdur. Çünki onun qəbulu üçün parlamentdəki çoxluğun səs verməsi lazımdır, “sağçılar” isə buna razılaşmır.

Deputatlar Ollandı “Prezident bunu danışmamalı idi...” adlı kitabında dövlət sirrini yaymaqda günahlandırır.

O, həmin kitabında yazıb ki, xüsusi xidmətə xaricdə təhlükəli islamçı radikalların məhv edilməsi ilə bağlı göstəriş verdiyini yazıb. Ancaq sonradan etiraf edib ki, bu bəyanat başdan-ayağa fantaziyadır, söhbət izlənilmək və neytrallaşdırmaqdan gedib.

Buna baxmayaraq, prezidentin əleyhdarları hesab edir ki, o, bu yolla milli təhlükəsizliyə dəxli olan məxfi məlumatları açıqlayıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI