"Taliban" radikal hərəkatının iki aparıcı komandiri zərərsizləşdirilib. Modern.az saytı xarici mediaya istinadən xıbər verir ki, terrorçular Əfqanıstanın qərbində həyata keçirilən hərbi əməliyyat zamanı öldürülüb.
Əfqanıstan ordusunun yüksək rütbəli komandiri Raz Məhəmməd Oriahilin "Sinhua" agentliyinə verdiyi məlumata görə, Sindand bölgəsində silahlılara qarşı keçirilmiş əməliyyat zamanı 52 silahlı zərərsizləşdirilib: “Öldürülənlər arasında Malla Nayeb və Mavlabi Mohib adlı "Taliban" hərəkatının iki aparıcı komandiri də var”.
Qeyd edək ki, əməliyyat Herat əyalətində keçirilib.
Modern.az