Modern.az

Binəli Yıldırım Trampla müzakirələr aparıb

Binəli Yıldırım Trampla müzakirələr aparıb

Dünya

11 Noyabr 2016, 20:16

Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ-ın yeni Prezidenti Donald Tramp arasında telefon danışığı olub.  Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Binəli Yıldırım Donald Trampı ABŞ-ın yeni prezidenti seçilməsi münasibətilə təbrik edib.

Baş nazir seçkinin nəticələrinin iki ölkə xalqları arasında münasibətlərin inkişafına təkan verəcəyinə ümid etdiyini bildirib.

Qarşılıqlı hörmət, ortaq mənafe və dəyərlərə söykənən əlaqələriin güclü, dayanıqlı olduğunu bildirən B.Yıldırım qarşıdakı dövrdə əməkdaşlığın daha da inkişafı üçün addımları atmaqda davam edəcəyini vurğulayıb.

Donald Tramp öz növbəsində Türkiyəyə xüsusi dəyər verdiyini, Türkiyə-ABŞ münasibətlərinin və dialoqunun qarşıdakı dövrdə daha da inkişaf etdirilməsinə üstünlük verdiyini bildirib.

Telefon danışığı zamanı həmçinin regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI