Donald Trampın prezident seçilməsi Amerikada olduğu kimi Avropa Birliyi ölkələrində də birmənalı qarşılanmayıb. Modern.az saytı xarici mediaya istinaən xəbər verir ki, bu gün Avropa Komissiyasının sədri Jan-Klod Yunker də maraqlı açıqlaması ilə gündəmə gəlib.
Avropa Komissiyasının sədrinin qənaətinə görə, Avropa İttifaqı-ABŞ münasibətlərini təhlükə altına qoya bilər: “Trampın seçilməsi Avropa İttifaqı-ABŞ münasibətlərinin inkişafında problem yarada bilər. Düşünürəm ki, Avropa İttifaqı ABŞ-ın yeni prezidentinə vahid Avropanın nə olduğu və necə işlədiyini anlatmalıdır”.
Avropa Komissiyasının sədri həmçinin qeyd edib ki, Donald Trampın NATO təhlükəsizliyi siyasətinə dair bəyanatları ciddi fəsadlar yarada bilər.
Modern.az