Modern.az

“İŞİD”in törətdiyi partlayışda ölənlərin sayı 52 nəfərə çatıb

“İŞİD”in törətdiyi partlayışda ölənlərin sayı 52 nəfərə çatıb

13 Noyabr 2016, 01:01

Pakistanda məbəddə törədilən partlayışa görə məsuliyyəti “İŞİD” terror qruplaşması öz üzərinə götürüb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində ölənlərin sayı artmaqdadır. İndiyədək ölənlərin sayı 52 nəfərə çatıb, 100-dən çox yaralı var. 

 

Qeyd edək ki, partlayış Belucistan əyalətində yerləşən məbədin daxilində dini ayin keçirilən zaman baş verib. Partlayış baş verən an məsciddə 500-dən çox dindar olub.

 

 

 

20:41

 

Pakistanda məsciddə partlayış törədilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, partlayış Kəraçi əyalətində yerləşən məbədin daxilində dini ayin keçirilən zaman baş verib. Partlayış baş verən an məsciddə 500-dən çox dindar olub.  Məsciddə törədilən partlayış nəticəsində 43 nəfər həlak olub.  Terror aktı nəticəsində azı 100 nəfər yaralanıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU