Modern.az

İtaliya yenidən zəlzələdən silkələnib

İtaliya yenidən zəlzələdən silkələnib

13 Noyabr 2016, 00:38

İtaliyada yenidən zəlzələ olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, zəlzələ 4,2 bal gücündə qeydə alınıb. Məlumata görə, zəlzələnin episentri Rieti əyalətində, 10 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlərlə bağlı hələlik məlumat verilmir.

Qeyd edək ki, son 3 ayda İtaliyada 3 güclü zəlzələ baş verib. Avqustun 24-də 6 bal gücündəki zəlzələ 298 nəfərin həyatına son qoyub.

Oktyabrın 26-da ölkədə 5,9 bal, oktyabrın 30-da isə 6,5 gücündə yeni yeraltı təkanlar qeydə alınıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU