Modern.az

Moldovada prezident seçkilərinin ikinci turu keçirilir

Moldovada prezident seçkilərinin ikinci turu keçirilir

13 Noyabr 2016, 09:43

Bu gün Moldovada prezident seçkilərinin ikinci turu üzrə səsvermə başlayıb.

 

Modern.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, prezident seçkilərinin oktyabrın 30-da keçirilən birinci turunda ən çox səs toplamış iki namizəd  - sosialistlərin lideri İqor Dodon (47,98 faiz) və Həmrəylik və Fəaliyyət Partiyasının sədri Mayya Sandu (38,71 faiz) prezident kürsüsü uğrunda mübarizə aparırlar.

 

Seçkilərin ikinci turunda ən çox səs toplayan namizəd 4 il müddətinə  prezident seçiləcək. Seçki məntəqələri yerli vaxtla saat 7.00-da açılıb, səsvermə yerli vaxtla saat 21.00-da başa çatacaq. Ölkədə 1981 seçki məntəqəsi var. Xarici ölkələrdəki vətəndaşların səs verməsi üçün isə 100 seçki məntəqəsi açılıb. Bakıdakı Moldova səfirliyində seçki məntəqəsi açılıb.

 

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU