Modern.az

Trampın administrasiyasındakı postlara əsas namizədlər AÇIQLANDI

Trampın administrasiyasındakı postlara əsas namizədlər AÇIQLANDI

13 Noyabr 2016, 17:00

ABŞ-ın yeni seçilən 45-ci prezidenti Donald Trampın adminstrasiyasında əsas postları tutacaq real namizədlərin adları açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu məlumatı “New York Times” əldə edə bilib.

 

Nəşrin yazdığına görə, Tramp hökuməti artıq formalaşdırmağa başlayıb, əsasən yaxın köməkçilərin, təcrübəli siyasətçilərin və biznesmenlərin namizədləri nəzərdən keçirilir.

 

Məlumatda qeyd edilir ki, Ağ ev əməkdaşlarının aparatının rəhbəri ya Trampın seçkiqabağa qərargahının başçısı Stiv Bennon, ya da Respublikaçılar Partiyasının Milli komitəsinin sədri Rayns Pribas ola bilər.

 

Dövlət ksatibi postuna 5 nəfər iddialıdır. Bunlar ABŞ-ın BMT yanında keçmiş daimi nümayəndələri Con Bolton və Zalmay Xalizad (müsəlmandır), ABŞ Konqresinin Senatda xarici işlər üzrə komitəsinin sədri Bob Koker, Nümayəndələr palatasının keçmiş spikeri Nyut Qinqriç və ABŞ və NATO-nun Əfqanıstandakı kontingentinin keçmiş komandanı Stenli Makkristaldır.

 

Müdafiə nazirinin də 5 namizəd arasından biri seçiləcəyi bildirilir. Bunlar senator Kelli Eyott, Pentaqonun kəşfiyyat idarəsinin keçmiş rəhbəri Maykl Flinn, Alabama ştatından senator Ceff Seşns, keşmiş prezident oğul Corc Buşun milli təhlükəsizlik üzrə sabiq köməkçisi Stiven Xedli, eləcə də Arizonaştatının keçmiş senatoru Con Kayldır.

 

Trampın yaxın xarixi siyasət üzrə müşaviri hesab olunan general-leytenant Maykl Flinn isə milli təhlükəsizlik üzrə müşavir postuna namizəd göstərilir.

 

Onun adı həm də ABŞ-ın Milli kəşfiyyatının direktoru postuna namizəd kimi də çəkilir. Onun rəqibləri Ağ evin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Frensis Taunsend və ABŞ Konqresində Nümayəndələr Palatasının kəşfiyyat üzrə keçmiş komitə sədrləri Mayk Rodcers və Piter Xokstra hesab olunur.

 

“GoldmanSachs” investisiya bankının keçmiş sahibi Stiven Mnuçayn, konqresmen Ceb Xensarlinq, “ColonyCapital” investisiya firmasının yaradıcısıTomas Barrak, yaxud Minnesotanın keçmiş qubernatoru Tim Polentidən biri maliyyə naziri ola bilər.

 

Bundan əvvəl verilən məlumata görə, istefada olan general Maykl Mizin Tramp administrasiyasında yüksək vəzifəli məmurlar arasında ola bilər.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU