Modern.az

ABŞ üç milyonadək mühaciri deportasiya edə bilər

ABŞ üç milyonadək mühaciri deportasiya edə bilər

13 Noyabr 2016, 22:12

Üç milyonadək qeyri-qanuni mühacir ABŞ-dan deportasiya ediləcək. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti seçilən Donald Tramp bildirib.

Donald Tramp  bildirib ki, ABŞ-da qeyri-qanuni mühacir kimi yaşayan kriminal keçmişli şəxslər, narkotika alverçiləri, quldur dəstələrinin üzvləri deportasiya ediləcəklər: “Belə insanların sayı çoxdur, təxminən 2-3 milyon nəfərdir. Mən bir daha qeyd etmək istəyirəm ki, söhbət ABŞ ərazisində  qeyri-qanuni yaşayanlardan gedir”.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU