Moldovada prezident seçkilərinin ikinci turunun ilkin nəticələri açıqlanıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, ilkin nəticələrə əsasən, Sosialist partiyasının lideri İqor Dodon öndədir.
Hazırda bülletenlərin 69 faizi hesablanıb. İqor Dodon 57,8 faiz səs toplayıb. Onun əsas rəqibi - Həmrəylik Partiyasının lideri Maya Sandu 42, 1 faiz səs toplaya bilib.
Qeyd edək ki, İ. Dodon Rusiya ilə strateji əməkdaşlığın bərpa edilməsi, Moldova məhsullarının Rusiya bazarına qayıtmasının və bu ölkə ilə enerji sahəsində əməkdaşlığın normallaşdırılmasının tərəfdarıdır. M. Sandu isə Rumıniya və Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyin, ABŞ-la strateji əməkdaşlığın yaradılmasını zəruri sayır.
Modern.az