Modern.az

Türkiyədə Avropa İttifaqına üzvlük üçün referendum keçiriləcək

Türkiyədə Avropa İttifaqına üzvlük üçün referendum keçiriləcək

14 Noyabr 2016, 18:28

Türkiyə Avropa İttifaqına (Aİ) üzv olmaq üçün məsələni ümüumxalq səsverməsinə çıxaracaq.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu haqda prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

“Ankara ilin sonunadək Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı danışıqların nəticəsini gözləyəcək. Nəticə olmayacağı təqdirdə bu məsələ xalq səsverməsinə çıxarılacaq”-deyə o qeyd edib.

 

Ərdoğanın sözlərinə görə, Türkiyənin Aİ-yə qəbul olunması ilə bağlı referendum 2017-ci ildə keçirilə bilər.

O deyib ki, Aİ danışıqlar müddətini uzatmaqla Türkiyəni özündən uzaqlaşdırır.

"Əgər Avropa İttifaqı Türkiyəni öz sıralarına qəbul etmək istəmirsə, bunu açıq deməlidir” – o əlavə edib.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU