Modern.az

Timoşenko ukraynalıları Maydana çağırdı

Timoşenko ukraynalıları Maydana çağırdı

14 Noyabr 2016, 20:02

“Batkivşina” partiyasının lideriu YuliyaTimoşenko ukraynalıları noyabrın 15-də Kiyevin mərkəzində fasiləsiz aksiya keçirməyə çağırıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, o bu haqda Ali Radadakı çıxışında çağırış edib.

 

Timoşenkonun sözlərinə görə, Ukrayna prezidenti Pyotr Poroşenko və Milli Bank əslində korrupsiyanın dayağı olub, dövlət başçısı isə ölkədə əsas vəzifələrə özünün biznes tərəfdaşlarını təyin edib.

 

“Bu gün yalnız insanlar ədaləti bərpa edib hakimiyyəti yerində oturda bilər. Sabah səhərdən vətəndaşlar, o cümlədən pensiyaçılar qrivnanın məzənnəsinin aşağı düşməsinin, qiymətlərin artmasının əleyhinə, öz bank əmanətlərinin qaytarılmasının lehinə fasiləsiz aksiyaya çıxacaqlar”, - Timoşenko elan edib.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU