Modern.az

Rusiyanın iqtisadi inkişaf naziri həbs olunub

Rusiyanın iqtisadi inkişaf naziri həbs olunub

15 Noyabr 2016, 09:52

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev saxlanılıb. Modern.az saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, ona qarşı rüşvətalma ittihamı ilə cinayət işi qaldırılıb.

Xəbərdə deyilir ki, Aleksey Ulyukayev 2016-cı il noyabrın 14-də “Rosneft” şirkətindən 2 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunur.

Qeyd olunur ki, nazir bu pulun müqabilində “Rosneft”ə onun “Başneft” şirkətinin dövlət səhmlərini alması üçün müsbət rəy verib.

Noyabrın 15-də Rusiya Federasiyasının İstintaq Komitəsinin xüsusilə mühüm işlər idarəsi tərəfindən Aleksey Ulyukayevə qarşı cinayət işi açılıb. Artıq onu həbs ediblər.


Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU