Donald Tramp prezidentliyinin ilkin mərhələsində xarici siyasət sahəsində əsas prioritetlərdən biri kimi “İslam dövləti” (İŞİD) terror təşkilatının məhv edilməsini qarşısına məqsəd qoyub.
Modern.az xəbər verir ki, bu haqda Trampın müşaviri, Nyu-Yorkun sabiq meri Rudolf Culian “The Wall Street Journal” qəzetinə bildirib.
O deyib ki, İŞİD qısamüddətli perspektivdə əsas təhlükə mənbəyi olaraq qalacaq.
“Ona görə yox ki, bu terrorçu qruplaşma təkcə İraq və Suriyada fəaliyyət göstərir. Ona görə ki, İŞİD bütün dünyaya yayıla bilib”-deyə o əlavə edib.
Culianın sözlərinə görə, ABŞ dövlət katibi vəzifəsinə əsas namizədlərdən biri Trampa xəbərdarlıq edib ki, Yaxın Şərq regionunda genişmiqyaslı münaqişə başlaya bilər.
Lakin o, Trampın problemləri həll etmək niyyətində olub-olmadığı haqda danışmayıb.
Aqşin KƏRİMOV