Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan və Özbəkistana səfər edəcək. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Pakistana rəsmi səfər 16-17 noyabrda, Özbəkistana səfər isə 17-18 noyabrda reallaşacaq.
Məlumata görə, Ərdoğanın Pakistanda prezident Məmnun Hüseyinlə və baş nazir Nəvaz Şəriflə görüşəcəyi gözlənilir.
Ərdoğan Özbəkistan səfərində isə müvəqqəti prezident səlahiyyətlərini icra edən baş nazir Şovkat Mirzoyevlə Səmərqənddə görüşəcək. Danışıqlarda iki tərəfli və regional əlaqələr müzakirə olunacaq.
Modern.az