Modern.az

Ərdoğandan MESAJ: “Bir gün terror bumeranq kimi Almaniyanı vuracaq”

Ərdoğandan MESAJ: “Bir gün terror bumeranq kimi Almaniyanı vuracaq”

16 Noyabr 2016, 13:28

“Həmişə bildirirlər ki, biz terrorla mübarizə aparırıq. Amma artıq biz bu ifadələrə inanmırıq”.

 

Modern.az xarici  KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistana səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

 

O, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerin dünən Türkiyəyə səfərini və onunla görüşü barədə danışıb. Ərdoğan deyib ki, Almaniya PKK-ya qarşı mübarizədə işini möhkəm tutmur.

“Ona görə də, bir gün terror Almaniyanı bumeranq kimi vuracaq. Onların terrorçulara verdiyi dəstək açıq şəkildə görünür”.

 

Ərdoğan deyib ki, Qərb hələ də terrora dəstək verməklə məşğuldur.

 

“Bir tərəfdən PKK-nı terror təşkilatı elan edirlər, digər tərəfdən də dolayı və ya birbaşa yolla onlara dəstək olurlar. Bu necə dostluq, necə səmimiyyətdir? Biz Almaniyaya terrorla bağlı indiyədək 4500  sənəd təqdim etmişik.  Amma çox təəssüflər olsun ki, Almaniya onlardan yalnız 6-na baxıb".

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil