Modern.az

Trampı güllələməyə söz verən işdən çıxarıldı

Trampı güllələməyə söz verən işdən çıxarıldı

Dünya

16 Noyabr 2016, 15:48

Kaliforniya ştatının San-Direqo şəhərindəki “PacketSled” şirkətinin direktoru Metta Harriganı “Facebook”dakı şəxsi yazışmasında ABŞ-ın yeni seçilən prezidenti Donald Trampı öldürməyə hazır olduğunu bəyan etdiyinə görə vəzifəsindən uzaqlaşdırıblar.

“Mən yeni seçilən prezidenti öldürməyə hazırlaşıram. Bu haqda gizli xidmətə xəbər verin”.

 

Modern.az xarici mediaya istinadən bildirir ki, o, Facebook səhifəsində yazıb.

 

Bu məlumat “Reddit” portalında yayılandan sonra  Trampın tərəfdarlarının diqqətini cəlb edib. Onlar yubanmadan hüquq-mühafizə orqanlarına məlumat çatdırıblar.

Nəticədə Harriganı “PacketSled” şirkətindən çıxarıblar.

 

“PacketSled”in direktorlar şurası Metta Harriganın istefasını qəbul edib”, - şirkətdən bildirilib.

Keçmiş direktorun sözlərinə görə, onun “Facebook”dakı fikirləri yalnız şəxsi söhbət zamanı zarafat olub.

“Üzr istəyirəm, əgər nəsə demişəmsə, ciddi qəbul olunub, təhqiedici, yaxud ciddi siqnal kimi qqarşılanıb”, - o, bu qaydada üzrxahlıq edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU