Modern.az

Hüsnü Mübarək Misirdən qaçıb

Hüsnü Mübarək Misirdən qaçıb

Dünya

2 Mart 2011, 17:57

Misirin devrilmiş prezidenti Hüsnü Mübarək hazırda Səudiyyə Ərəbistanın hərbi qospitalında müalicə olunur. Bu barədə hökümətə yaxın hesab edilən “Əl -Əxbar” qəzeti məlumat yayıb.  Keçmiş prezidentin hansı yolla ölkəni tərk etməsi hələlik aydın deyil. Qəzetin məlumatına görə, eks-prezident beş gündən bir kimyəvi terapiya üsulu ilə müalicə almalıdır. “Mübarəkin ailə üzvlərindən bir neçəsi hazırda onun yanındadır”-deyə qəzet yazır. 

Qeyd edək ki, Misirin baş prokuroru Abdel Maqid Mahmud Mübarəkə və ailəsinə Misiri tərk etməsinə qadağa qoyub. Modern.az

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza