Modern.az

Obama ilə Putin Peruda görüşəcək

Obama ilə Putin Peruda görüşəcək

16 Noyabr 2016, 18:55

ABŞ prezidenti Barak Obama və Rusiyanın dövlət başçısı Vladimir Putinin ATES-in Peruda keçiriləcək sammitində görüşməsi mümkündür.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da istisna etməyib.

Bununla belə, onun sözlərinə görə, görüş dəhlizdə baş tutacaq. Lakin prezidentlərin ikitərəfli danışıqları hələ ki planlaşdırılmayıb.

 

“Ayrıca ikitərəfli görüş haqda hələ ki Amerika tərəfiilə danışıqlar olmayıb. Aydındır ki, sammit zamanı dəhlizdə hansısa formada üz-üzə gələcəklər”, - Peskov vurğulayıb.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU