ABŞ prezidenti Barak Obama son xarici turnesi çərçivəsində Almaniyaya səfər edib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Barak Obama Almaniyaya Yunanıstandan gəlib. Barak Obamanın vida turnesi çərçivəsində baş çəkdiyi Almaniya sonuncu Avropa ölkəsidir. ABŞ prezidentini Berlin hava limanında Obamanı Almaniya prezidenti Yoaxim Qauk qarşılayıb.
Qeyd edək ki, ABŞ prezidenti Almaniyadan sonra Peruya yollanacaq.
Modern.az