“ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılıqların reallaşdırmasını dəstəkləyir”. Modern.az saytı xəbər verir ki, Virtualaz.org-un məlumatına görə, bunu ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçi Bridjit Brink Ermənistan prezidenti ilə çərşənbə günü keçirdiyi görüşdə bildirib.
"Bridjit Brink əmin etdi ki, ABŞ-ın yeni administrasiyası Cənubi Qafqaz regionunda vəziyyətin inkişafına və Qarabağ münaqişəsinin həlli məqsədi ilə etibar bağlarının möhkəmləndirilməsi üzrə son razılıqların reallaşdırmasına maraq göstərməkdə sadiq qalmağa davam edəcək", - deyə Ermənistan prezidenti mətbuat xidmətinin yaydığı məlumatda vurğulanıb.
Modern.az