Modern.az

Sarksiyandan “İsgəndər” AÇIQLAMASI: “Rusiya onu balansı qorumaq üçün bizə satdı”

Sarksiyandan “İsgəndər” AÇIQLAMASI: “Rusiya onu balansı qorumaq üçün bizə satdı”

17 Noyabr 2016, 10:27

“İsgəndər” raketlərinin Ermənistanda yerləşdirilməsi məcburi atılmış addımdır”. Modern.az xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan “Sputnik Ermənistan”a açıqlamasında deyib. Onun sözlərinə görə, bu raketlər regionda güc balansının qorunmasına hesablanıb.

 

“Düşünürəm ki, bu addım regionda güc balansını bərpa etmək üçün atılmış məcburi addım idi. Sirr deyil ki, son bir neçə ildə Azərbaycan ən müasir silahlar alıb. Biz maliyyə baxımından Azərbaycanın malik olduğu imkanlardan məhrumuq, amma yenə də balansı qorumaq üçün vasitə tapırıq. Hesab edirəm ki, “İsgəndər” məhz belə vasitədir”.

 

Sarksiyan balansın qorunmasından Rusiyanın da böyük rolu olduğunu deyib.

“Düşünürəm ki, Rusiya məhz balansı qorumaq baxımından hərbi mənada çox əla olan bu sistemləri (İsgəndər-red.) bizə satdı”.

 

Sarkisyan Rusiyanın regionda sülhün əsas təminatçısı olduğunu da qeyd edib.

 

Vüqar İSMAYILOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU