Modern.az

ABŞ Milli Kəşfiyyatının direktoru istefa verib

ABŞ Milli Kəşfiyyatının direktoru istefa verib

Dünya

17 Noyabr 2016, 21:27

ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepper istefa verib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Ceyms Klepper  Konqresdə dinləmələr zamanı Donald Trampın hakimiyyətə gəlişi fonunda istefa verdiyini açıqlayıb.

Ceyms Klepper bildirib ki, Donald Trampın səlahiyyətlərinin icrasına 64 gün qalır: “Gecə istefa haqda məktubumu təqdim etdim. Özümü çox rahat hiss edirəm".

Qeyd edək ki, 75 yaşlı Klepper 2010-cu il avqustuun 9-da Milli Kəşfiyyatın direktoru təyin edilib. O, 1992-1995-ci illərdə Müdafiə Kəşfiyyatı Agentlyinin ilk direktoru vəzifəsində işləyib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU