Modern.az

İnquşetiya hökuməti istefaya göndərilib

İnquşetiya hökuməti istefaya göndərilib

17 Noyabr 2016, 21:42

İnquşetiya rəhbəri Yunus-Bəy Yevkurov respublika hökumətini istefaya göndərib. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, respublika rəhbəri hökumətin fəaliyyətini kifayət qədər səmərəli hesab etmədiyindən bu addımı adıb.

Yunus-Bəy Yevkurov səbəb kimi həm də Federasiya subyektinin inkişaf yolunda yeni mərhələyə qədəm qoyulduğu göstərib: “Hökumətin qarşısında duran ən mühüm məsələlər öz həllini tapmayıb. Bizə yeni mərhələdə daha güclü və məsuliyyətli əməkdaşlar lazımdır”.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU